Dövlət Vergi Xidmətində yeni təyinat olub. “Yeni Gundem” qafqazinfo-ya istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Cavanşir Eldar oğlu Nuriyev Dövlət Vergi Xidmətinin Aparat rəhbəri təyin olunub.
Qeyd edək ki, C.Nuriyev bu təyinata qədər Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin müşaviri olub.