Cavid Osmanov seçiciləri ilə görüşdü – FOTOLARbackend

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov 11 yanvar 20022-ci il tarixdə seçiciləri ilə növbəti qəbul keçirib.

“Yeni Gündəm” xəbər  verir ki,  Rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda Ağdaş rayon İcra Hakimiyyəti  başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimov da iştirak edib. Pandemiya ilə bağlı  qaydalara ciddi əməl olunmaqla  fərdi qaydada keçirilən qəbul zamanı seçiciləri narahat edən məsələlər dinlənilib, müraciətləri qeydə alınıb, vətəndaşlara müvafiq izahatlar verilib, bəzi məsələlər yerindəcə həll edilibdir. Səsləndirilən digər müraciətlərin həlli istiqamətində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyini bildirən millət vəkili qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib.

Qəbul zamanı Cavid Osmanov vətəndaşların problemlərini dinləməklə yanaşı cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın gördükləri işlər barədə qəbulda iştirak edən seçicilərə məlumatlar verib,  həmçinin pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib,  vətəndaşlara ölkədə aparılan vaksinasiya proseesində yaxından iştirak etmək tövsiyə olunub.

Qəbulda iştirak edən Ağdaş sakinləri onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edib, ölkə, eləcə də rayon əhəmiyyətli görülən bütün işlər üçün Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Cavid Osmanov seçiciləri ilə görüşdü- FOTOLAR

Cavid Osmanov seçiciləri ilə görüşdü- FOTOLAR

Cavid Osmanov seçiciləri ilə görüşdü- FOTOLAR

Cavid Osmanov seçiciləri ilə görüşdü- FOTOLAR