Azərbaycan Voleybol Federasiyasında maddi məsələlərlə bağlı çətinliklər hələ də davam edir.
“Yeni Gündəm”-in xəbərinə görə, yaranan problemlərə görə federasiya idmançıları məzuniyyətə göndərib.
Səbəb kimi isə büdcədə pul olmadığı göstərilib.
Belə ki, 6 ay öncə voleybolçular məşqlərə çağırılıb və onlara aylıq ödənişlər edilib. 4 ay ödənişlər edildikdən sonra isə yenidən maaşlar kəsilib. Maaşlar kəsildikdən sonra isə idmançılara məzuniyyətə göndərildikləri barədə məlumat verilib.
Hazırda məşqlərin nə vaxt bərpa olunacağı barədə də məlumat yoxdur.
Qafqazinfo