Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinə yeni rəis müavini təyin edilib.
“Yeni Gundem” qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, qeyd olunan idarənin rəis müavini vəzifəsi Əhmədov Rövşən Şirindil oğluna həvalə edilib.
Qeyd edək ki, R.Əhmədovdan əvvəl sözügedən idarənin rəis müavini rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirli idi. Ş.Şəmşirli bu yaxınlarda öz ərizəsi ilə vəzifəsindən azad edilib.