Cəlilabadda 1,5 milyon manatlıq kapitalı olan fabrik yaradılıb.
“Yeni Gundem” xəbər verir ki, Dövlət Vergi Xidməti “Zarat Yem Fabriki” MMC şirkətini dövlət qeydiyyatına alıb.
Şirkətin hüquqi ünvanı Cəlilabad rayonu, Eçara kəndidir.
“Zarat Yem Fabriki” şirkətinin nizamnamə kapitalı 1 milyon 546 min 985 manatdır.
Şirkətin direktoru Yusifov Nicat Ağamurad oğludur.