Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
“Yeni Gündəm” xəbər verir ki, Madrid təmsilçisi “Atletiko” İngiltərənin “Çelsi” klubunu qəbul edəcək.
Qarşılaşma pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq. Digər oyun isə İtaliyada olacaq.
“Latsio” öz meydanında turnirin son qalibi olan Almaniyanın “Bavariya” klubunu sınağa çəkəcək.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
00:00. “Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə)
Buxarest, “Nasional” stadionu. Baş hakim: Feliks Brix (Almaniya)
00:00. “Latsio” (İtaliya) – “Bavariya” (Almaniya)
Roma, “Olimpiko” arena. Baş hakim: Orel Qrinfeld (İsrail)