“Çelsi” Bakıya gəlir – Fotobackend

Londonun “Çelsi” klubu ÇL-nin qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşmaq üçün Azərbaycana yola düşüb.  

“Yenigundem” “Qafqazinfo”ya istinadən xəbər verir ki, klubun rəsmi “Facebook” səhifəsi “zadəganlar”ın artıq İngiltərəni tərk etdiyini qeyd edib.

Çelsinin gecə saatlarında Bakıya çatacağı gözlənilir.

Qeyd edək ki, Bakı Olimpiya Stadionununda keçiriləcək “Qarabağ” – “Çelsi”  oyunu noyabrın 22-i saat 21:00-da başlayacaq.