“Çelsi”nin yeni sahibləri məlum oldu.
Todd Boli, Mark Uolter, Hansyorg Uissin və “Clearlake Capital” investisiya şirkətindən ibarət qrup klubun alınması ilə bağlı şərtlərdə anlaşıb.
Ümumi sərmayənin 2,5 milyard funt-sterlinqi klubun səhmlərinin alınmasına tətbiq olunacaq və bu gəlirin 100 faizi xeyriyyəçil məqsədilə dondurulmuş İngiltərə bank hesabına yatırılacaq.
Bundan əlavə, yeni sahiblər klubun inkişafı üçün 1,75 milyard funt-sterlinq qoyacaqlar.
Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsinə görə, Böyük Britaniya klubun rusiyalı sahibi Roman Abromoviçə sanksiyalar tətbiq etmişdi.
Offsideplus.az