Çempionlar Liqasında gecənin nəticələri (VİDEO)backend
Çempionlar Liqasında 1/8 mərhələsinin növbəti oyunları keçirilib.
“Yeni Gündəm” xəbər verir ki, ikinci oyun günündə də iki matç baş tutub.
“Atalanta” Milanda “Valensiya”nı qəbul edəcək. 5 qolun vurulduğu oyunda meydan sahiblərin 4:1 hesablı qələbə qazanıb. Bununla da italyanlar 1/4 finala vəsiqəni böyük ölçüdə həll edib.
Günün digər qarşılaşmasında “Tottenhem” “Leyptsiq”ini qəbul edib. Joze Mourinyonun başçılıq etdiyi London təmsilçisi doğma meydanda məğlubiyyətlə barışıb – 0:1.
Qeyd edək ki, ötən gün “Borussiya” (Dortmund, Almaniya) evdə PSJ-ni 2:1, “Atletiko” (İspaniya) “Liverpul”u 1:0 hesabı ilə yenib. Mərhələnin qalan 4 oyunu gələn həftə keçiriləcək.
Çempionlar Liqası
2019/20 mövsümü
1/8 final (ilk oyunlar)
19 fevral
Atalanta (İtaliya) – Valensiya (İspaniya) 4:0
Qollar: Hans Hateboer, 16; 63. Yosep İliciç, 42. Remo Freuler, 57 – Denis Çerişev, 66.
Atalanta: 95. Pyerluici Qollini, 2. Rafael Toloy, 3. Mattia Kaldara (Duvan Zapata, 75), 6. Joze Luis Palomino, 8. Robin Qosens, 10. Papu Qomes (k) (Ruslan Malinovski, 81), 11. Remo Freuler, 15. Marten de Roon, 33. Hans Hateboer, 72. Yosep İliciç, 88. Mario Paşaliç (Adrien Tameze, 90+2).
Baş məşqçi: Can Pyero Qasperini.
Valensiya: Caume Domenex, 4. Eliaquim Manqala, 6. Cofferi Kondoqbiya, 7. Qonçalo Quedes (Denis Çerişev, 64), 8. Karlos Soler, 10. Dani Parejo (k), 12. Moktar Diakabi, 14. Joze Qaya, 18. Daniel Vass, 20. Ferran Torres, 22. Maksi Qomes (Kevin Qameyro, 73).
Baş məşqçi: Albert Kelades.
Sarı vərəqə: Hans Hateboer, 73.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Milan. “San Siro” stadionu.
Tottenhem (İngiltərə) – Leyptsiq (Almaniya) 0:1
Qol: Timo Verner, 57-pen.
Tottenhem: 1. Hüqo Lloris (k), 4. Tobi Alderveyreld, 6. Davinson Sançes, 8. Harri Vinks, 18. Covanni Lo Celso, 20. Dele Alli (Tanquy Ndombele, 65), 23. Stiven Berqvin, 24. Serj Auryer, 27. Lukas Moura, 30. Qedson Fernandes (Erik Lamela, 64), 33. Ben Davies.
Baş məşqçi: Joze Mourinyo.
Leyptsiq: Peter Qulaşi, 3. Angelino, 7. Marsel Sabitzer (k), 11. Timo Verner, 16. Lukas Klostermann, 18. Kristofer Nkunku (Amadu Haydara,74), 21. Patrik Şik (Yussuf Polsen, 77), 22. Nordi Mukyele, 23. Marsel Halstenberq, 26. Etan Ampadu, 27. Konrad Laymer (Emil Forsberq, 83).
Baş məşqçi: Julian Naqelsmann.
Sarı vərəqələr: Covanni Lo Celso, 10. Ben Davies, 56. Erik Lamela, 90+4 – Marsel Sabitzer, 12. Timo Verner, 33. Kristofer Nkunku, 72.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
London. “Tottenhem” stadionu.