Cənab İlham Əliyev ən layiqli namizəddir!backend

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Saatlı rayonunun Çolpı, Nabatkənd, Mircəlal və Soltanabad kəndlərindən olan seçicilərlə görüş keçirilib.

“Yeni Gundem” xəbər verir ki, görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, təşviqat qrupunun üzvləri Elşən Əzizov, Səmədağa Məmmədov, Vüsalə Həsrətova və Nuhəli Kərimov çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir.

Seçicilər 7 fevral prezident seçkilərində fəal iştirak edəcəklərini və cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.