backend

Bu fotolar haqda hələ çox danışılacaq.

“Yenigundem” xəbər verir ki, dekabrın 1-də Elektra Event Hallda keçirəcəyi “Duy” konsertinə ciddi şəkildə hazırlaşan xalq artisti Aygün Kazımova yeni fotosessiyasını instaqramda paylaşıb. Gürcü fotoqraf Levan Leko Tchkonianın fotokamerası önünə keçən cazibədar müğənni bir-birindən cəsarətli pozalar verib. Sənətçinin bu “təhlükəli qadın ”obrazlı şəkilləri haqda da çox danışılacaq kimi görünür. Sənətçinin imici isə Cennifer Lopez və Ledi Qaqa kimi məşhurlarla çalışan modelyer-dizayner və stilist əslən gürcü əsilli olan BesSariondur.