Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə getdibackend

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Bu barədə “Yeni Gundem”-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycanın İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.