Ceyhun Bayramov İsveçrəli həmkarı ilə görüşdübackend

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin XİN rəhbəri Ignazio Cassis ilə görüşüb.

Bu barədə Azərbaycan XİN başçısı “X” platformasında paylaşım edib.

“Biz Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərinin perspektivlərini nəzərdən keçirdik və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurasının) iclası çərçivəsində ən aktual qlobal xarici siyasət məsələlərimizi geniş müzakirə etdik”, – nazir deyib.