Ceyhun Bayramov Orta Dəhlizinin inkişafı ilə bağlı əlavə imkanlardan danışdıbackend

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin II üçtərəfli görüşündə çıxış edib.

“Yeni Gundem” xəbər verir ki bu barədə Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.

Nazir çıxışında Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakterini vurğulayıb, tərəfdaşlığın əsas istiqamətlərini, o cümlədən təhlükəsizlik, iqtisadi inkişaf, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya sahələrini vurğulayıb.

Ceyhun Bayramov həmçinin əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlavə imkanları, xüsusilə də Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizinin inkişafı ilə bağlı əlavə imkanları qeyd edib.