Ceyhun Bayramov Pakistan Prezidentinin vəzifəsini icra edən Seyid Yusif Rza Gilani ilə görüşdübackend

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti vəzifəsini icra edən və Senat sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müzakirələr zamanı Pakistan və Azərbaycan arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi-ticari əlaqələr, investisiyalar, enerji təhlükəsizliyi, kommunikasiyalar kimi potensial əməkdaşlıq sahələri müzakirə olunub.

“İkitərəfli əməkdaşlıqla yanaşı, regional və beynəlxalq formatlar çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyət də müzakirələrin gündəmində olub. Tərəflər daha geniş regional vəziyyəti, COP29-a hazırlığı müzakirə ediblər”, XİN bildirib.