Ceyhun Bayramov Qambiyaya getdibackend

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 may tarixlərində Bancul şəhərində baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı və çıxışı, habelə bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.