Ceyhun Bayramov qazaxlı keçmiş həmkarı ilə danışdıbackend

Dünən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Nazir Ceyhun Bayramov, Muxtar Tleuberdinin dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında strateji xarakter kəsb edən ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Nazir Ceyhun Bayramov, Muxtar Tleuberdiyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Fərahim Rəhimov