Sumqayıt şəhərində fəaliyyət göstərən “Azpetrol LTD” MMC barəsində də cərimə protokolu tərtib edilib.
”Yeni Gundem” xəbər verir ki, “Azpetrol”un İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
“Azpetrol LTD” ilə bağlı işə 23 dekabr tarixində Sumqayıt Apellyasiya Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, 27 dekabr tarixində də Səbail rayon Məhkəməsində “Azpetrol LTD”nin bir başqa məntəqəsinin yol verdiyi qanun pozuntusu ilə bağlı işə baxılacaq.Tribunainfo.az
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Azpetrol LTD” MMC-nin Baş direktoru Ceyhun Məmmədovdur.