Ceyhun Məmmədovun seçicilərlə görüşləri davam edir – FOTOLARbackend

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Ceyhun Məmmədov seçiciləri ilə görüşüb.

“Yeni Gündəm”xəbər verir ki millət vəkilinin növbəti görüşü Nərimanov rayonu Arif Hüseynov 31-də yarımçıq poliklinika binasında müvəqqəti məskunlaşan Cəbrayıldan olan bir qrup sakinlərlə oldu.

Ceyhun Məmmədov açıqlamasında qeyd etdi ki, sakinlərin problemlərini dinlədik, qaldırılan məsələləri araşdırılması və həlli üçün qeydiyyata aldıq. Hər bir müraciətə baxılacağını və aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağımızı bildirdik

Qeyd edək ki, millət vəkilinin görüşləri davam edir.