Çinarə Məlikzadə atasının vəfatı ilə bağlı bunu paylaşdı – FOTObackend

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Çinarə Məlikzadənin atası Məlik Məlikzadə bu gün dünyasını dəyişib. Çinarə atasının vəfatı xəbərini xaricdə olarkən eşidib. Dubayda klip çəkilişində olan müğənni təcili olaraq Bakıya qayıdacaq. Müğənninin atası sabah dəfn ediləcək.

Çinarə atasının vəfatı ilə bağlı paylaşım edib. “Niyə belə tez getdin? İnana bilmirəm”, deyə Çinarə paylaşımında yazıb.

Həmin paylaşımı təqdim edirik: