Filmin rejissoru Özgür Bakar, ssenari müəllifi Nalan Merter Savaşdır.
Baş rollarda Naz Çağla Irmak, Deniz Uğur, Məsut Akusta.
Müddəti 150 dəqiqə. Yaş həddi 12+
Filmdə real hadisələr əsasında çəkilib və 2019-cu ildə xərçəng xəstəliyindən dünyasını dəyişən “Dəmir qadın” kimi tanınan Neslican Tayın həyatından, xərçəng diaqnozu qoyulandan sonra keçdiyi müalicə prosesi və bu müddət ərzində onun həyat mübarizəsindən bəhs edilir. Bütün Türkiyə, Neslicanın bu ağır xəstəliyinin şahidi oldu.
İstanbul ticarət mərkəzində Neslicanın valideynləri, qardaşı və bacısının iştirakilə filmin qala gecəsi baş tutub.
“CinemaPlus” kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.