Yetkinlik dövründə hormonlarımız və fiziki görünüşümüz dəyişir. Bununla yanaşı cinsi istəkdə də dəyişiklik baş verir. Bəzi insanlarda aşkarlanan cinsi münasibətdən çəkinmə problemi çox vaxt fərdi şəxsin probleminə çevrilir.
“Yeni Gündəm” xəbər verir ki, Psixiatr Psixoterapevt Assist. Dos. Dr. Rıdvan Üney seksuallıqdan çəkinmənin səbəbləri ilə bağlı vacib olan məlumatlar verib:
1.Əgər insanın ətrafdan aldığı cinsəllik haqqında məlumat kifayət deyilsə, o, münasibətlərində utancaq olmağa davam edəcək.
2.Sekslə bağlı söhbətlərdə insanlar tez-tez baş verənləri şişirtməyə meyllidirlər. Bu bəzi insanları qorxuda bilər.
3.Sağlam seksuallıq haqqında məlumat əldə etməkdə çətinlik çəkənlərin dostları və ailələrindən aldıqları məlumat mənbələri bəzən şayiə ola bilir.