Cari ilin noyabr ayında Azərbaycanda növbəti dəfədünyanın ən mötəbər və nüfuzlu beynəlxalqtədbirlərindən biri keçiriləcək. 2023-cü ilin dekabrındaAzərbaycan yekdilliklə BMT-nin İqlim DəyişikliyiKonfransına (COP29) ev sahibliyi edəcək ölkəseçilmişdir. Əlbəttə ki, bu qərar ilk növbədə ölkəPrezidenti cənab İlham Əliyevin rəhbərliyi iləAzərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətinnəticəsi, dövlətimizin malik olduğu güclüdiplomatiyanın göstəricisi və ölkəmizin etibarlıtərəfdaş nüfuzunun daha bir təsdiqidir. Bununla yanaşıetiraf etmək lazımdır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və TürkDövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlusədrlik təcrübəsi də dünya ölkələri tərəfindən belə birməsuliyyətli qərarın qəbul olmasını şərtləndirən önəmliməqam kimi çıxış etmişdir.
Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, etibarlı və arzuolunan tərəfdaş kimi dünya dövlətləritərəfindən qəbul edilməsi faktı forumda aparılanmüzakirələrdə, cənab Prezident İlham Əliyevəünvanlanan suallarda açıq-aşkar əks olunmaqda idi. Bunu təsdiq edən növbəti məqamlardan biriAzərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmaehtimalı ilə bağlı səsləndirilən sualda yer aldı. CənabPrezident bildirdi ki, dayanıqlı, daxili resurslarasöykənən və şaxələndirilmiş iqtisadiyyata malik olanAzərbaycanı Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərləqurduğu yaxşı ikitərəfli iqtisadi əlaqələr indikivəziyyətdə tam qane edir. Azərbaycanın beynəlxalqtəsisatlarda üzvlüklə bağlı atdığı bütün addımlar hərzaman praqmatizmə əsaslanıb.Təbii ki, təşkilatainteqrasiya ölkəmizə əlavə praktiki üstünlüklər vədedərsə, bu zaman Azərbaycan bütün üstün və mənficəhətləri dəyərləndirib düzgün qərar qəbul edəcək. Cənab Prezident İlham Əliyev ona verilən növbəti sualı cavablandırarkən bir daha qeyd etdi ki, COP29 sülh prosesinin nəticəsidir və bu Konfransın mövzusu maliyyə olmasına baxmayaraq, Azərbaycan tədbirin ev sahibi kimi ona verilən hüquqdan yararlanaraq gündəliyə sülh məsələsini də əlavə edəcək. Qeydolundu ki, ölkəmizin COP29-a ev sahibliyi etməsiləbağlı Ermənistanın vetosunu aradan qaldırması vəbunun qarşılığında Azərbaycan tərəfindən atılanaddımlar iki ölkə arasında etimadın yaranmasına zəminyaratmış oldu. Bu hal Azərbaycan və Ermənistanın heçdə hər dəfə hər müstəvidə bir-birilərinə qarşı addımatmalı olmadıqlarını nümayiş etdirir. Beləliklə, Azərbaycan COP29-u həm də Cənubi Qafqazda sülhprosesini sürətləndirmək imkanı baxımındandəyərləndirəcək.
İradə Hüseynova,
Nəsimi rayon Təhsil işçisi