COP29 iştirakçısı: İnkişaf etməkdə olan ölkələrə ildə azı 1 trilyon dollarlıq iqlim maliyyəsi çatdırılmasını gözləyirəmbackend

COP29-dan ən böyük gözləntilərim inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə qrantlar şəklində ildə azı 1 trilyon dollarlıq yeni iqlim maliyyəsinin çatdırılmasıdır.

Bu fikri Bakıda keçirilən COP29-un iştirakçısı – Cənub-Şərqi Asiyanın İqlim Fəaliyyət Şəbəkəsinin üzvü Nithiyananthan Nesadurai deyib.

O, Azərbaycanın COP29-a hazırlığından razı qaldığını bildirib: “Ətrafda bizə kömək edən çoxlu mehriban insanlar var. Xüsusilə nəqliyyatın təşkilinə heyran qaldım”.

Azertac