“İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri davam etdirilir. O cümlədən həmin ərazilərdə bir çox infastrukturlar tikilib. Qarabağ Universiteti regionda təhsil sahəsində uğur idi”.
“Yeni Gundem” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
“2024-cü ildə keçirilən COP29-un uğurla başa çatması, Azərbaycana qarşı anti-siyasət aparan qüvvələri susdurdu”, – deyə parlamentari əlavə edib.