“Kibertəhlükəsizlik COP29 tədbiri keçirilən zaman risk altında idi. Yəni kibercinayətkarlar həmin vaxt xakerlik etmək istəyirdilər. Ancaq Azərbaycanın uğurlu müdafiə sistemi bu cür hadisələrin yaşanmamasına zəmin yaratdı”
“Yeni Gundem” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Arzu Nağıyev deyib.
“COP29 vaxtı Azərbaycan təhlükəsizliyi beynəlxalq səviyyədə təmin etdi. O cümlədən nəqliyyat da qüsursuz işlədi, turistlərə heç bir çətinlik yaratmadı”, – deyə o bildirib.