Dekabrda Azərbaycanda çövkən idman növü üzrə “Prezident Kuboku” keçiriləcək.
“Yeni Gundem” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev məlumat verib.
Bəhruz Nəbiyev bildirib ki, Peşəkar Çövkən Liqasından sonra bu yarış baş tutacaq: “Bütün çövkən yarışlarında yalnız DNA testindən keçirilmiş milli cins atlara yer veriləcək”.
Nəbiyev Paris-2024 Yay Olimpiya Oyunlarının atçılıq yarışında Azərbaycan çaparının olmayacağına da təəssüf edib: “Dresaj üzrə artıq Azərbaycan komandası var. Komandanın 2 üzvü Avropada təlim-məşq toplanışlarını davam etdirir. 2027-ci il bizim üçün vacib ildir. Xalların toplanması elan olunacaq və hər iki idman növü üzrə 2028-ci ildə Olimpiya oyunlarına lisenziya qazanılması üçün əlimizdən gələni edəcəyik”.