Çoxmübarizəli İdman Döyüş Növləri üzrə “ 10-cu Açıq Respublika Çempionatı” keçiriləcəkbackend

26-27 may 2018-ci il tarixində, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına əsasən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri üzrə Uşaq, yeniyetmə, gönclər və böyüklər arasənda 10-cu Açıq Azərbaycan Çempionatı və Birinciliyi keçiriləcəkdir.

“Yenigundem” xəbər verir ki,Federasiya rəsmisi və çempionatın baş hakimi Vüsal Abdullazadənin verdiyi məlumata əsasən, Çempionatda ayrı-ayrı çəki dərəcələri və versiyalar üzrə paytaxt və bölgələrdə daxil olmaqla 400-dən çox idmançının öz qüvvəsini sınayacağı gözlənilir.

Çempionatın təntənəli açılış mərasimi 26 may 2018-ci il, saat 14:00-da konsert, idmançıların numunəvi çıxışı və şou proqram daxil olmaqla davam edəcəkdir.