“Maşın” realiti şousundan bu gün iki iştirakçı birdən gedib.
“Yenigundem” xəbər verir ki, buna səbəb səsverməyə çıxan Ramin Nabranın səs toplamaması olsa da, digər iştirakçı Dilarə Kazımovanın əlini bilməyərəkdən maşın üzərindən götürməsi olub.
Belə ki, Nabran şounu tərk edərkən iştirakçılarla görüşüb. Bu zaman Dilarə ilə qucaqlaşanda müğənni qeyri-ixtiyari diqqətsizlik göstərib. Bu verilişin prodüserlərinin gözündən qaçmayıb.