Daha bir məşhur xərçəngin qurbanı oldubackend

“Slumdog Millionaire”, “Pinin həyatı”,  “Jurassic World” kimi filmlərlə dünyada populyarlaşan Hindistanın məşhur aktyoru İrrfan Khan dünyasını dəyişib.

“Yeni Gündəm” xəbər verir ki, 53 yaşlı Bollivud ulduzu nadir xərçəng xəstəliyinin növü hesab edilən kolon və rektumun aqressiv nöroendokrin şişləri diaqnozu ilə həyatını itirib.

İki ildir ki, ağır xəstəliklə mübarizə aparan Khan Mumbaidə müalicə aldığı xəstəxanada vəziyyəti ağırlaşdığından ölüb.