Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin növbəti matçı keçirilib.
“Yenigundem” “Qafqazinfo” ya istinadən xəbər verir ki, İsveçrə milli komandası cavab qarşılaşmasında Şimali İrlandiya kollektivini qəbul edib.
Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn isveçrəlilər öz meydanında rəqibinin müqavimətini qıra bilməyiblər – 0:0.
Buna baxmayaraq, səfərdə əldə edilən qələbə sayəsində Petkoviçin yetirmələri Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıblar.