Daha bir piyada diqqətsizliyi ağır qəzaya səbəb oldubackend

Bu gün saat 20:05 radələrində ADY-yə məxsus sərnişin qatarı Bakıxanov-Sabunçu sahəsində hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

Bu barədə “Yeni Gundem”- ə ADY-dan məlumat verilib.

Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs ağır bədən xəsarətləri alıb.

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırır.

Unutmayın: “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək hər bir vətəndaşın borcudur.