Daha bir ukraynalı namizəd “Avrovision”dan imtina etdibackend

Daha bir ukraynalı namizəd ölkəsini “Avrovision” yarışmasında təmsil etməkdən imtina edib.

“Yenigundem” xəbər verir ki, milli seçim turunda ikinci yeri tutan “Freedom-Jazz Girls” qrupu Ukrayna ictimai televiziyasının təklifinə “yox” deyib və bunu Avropa turuna çıxmaq planları ilə izah edib.

Qrup üzvlərinin sözlərinə görə, avropalı promouterlə müqavilə imzalamaq mərhələsindədirlər və yaxın vaxtlarda baş tutacaq konsert turları ilə bağlı danışıqlar aparırlar.

Bundan sonra Ukraynanı beynəlxalq müsabiqədə təmsil etməsi üçün Milli seçim turunda üçüncü yeri qazanan Kazka qrupuna təklif götürüləcək.

Qeyd edək ki, daha əvvəl seçim turunun qalibi olan müğənni Maruv yarışmadan imtina etmişdi. O, Ukrayna ictimai televiziyası ilə razılığa gələ bilmədiyini açıqlamışdı. Müğənni bildirmişdi ki, müsabiqədəki mövcudluğunu ukraynalı siyasilərin promoaksiyasına çevirəcək şüarlar səsləndirmək niyyətində deyil.