Daim səhnə geyimləri ilə “linç” edilən müğənni Damla bu dəfə də fərqli obrazla diqqət çəkib.
“Yeni Gundem” lent.az-a istinadən xəbər verir ki, onun sosial şəbəkə hesabının hekayə bölümündə paylaşımları müzakirələrə səbəb olub.
34 yaşlı müğənni qəhvəyi “hoodie” və papağı, krem rəngli, qısa tennis ətəyi və botları ilə sanki məktəbli obrazı yaradıb.