Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezident Rosario Muriyo Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Yeni Gundem” xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri, əziz Qardaşımız.
İcazə verin, Nikaraqua Respublikasının xalqı, Barışıq və Milli Birlik Hökuməti adından və şəxsən öz adımızdan Sizə, qardaş Azərbaycan xalqına və hökumətinə əlamətdar tarix – 28 May – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdıraq.
Daim firavan və müstəqil olan Nikaraquadan bu zəfərlər, milli suverenlik və müstəqillik tarixini qeyd etməkdə sizə qoşuluruq. Qardaş Azərbaycan xalqı və hökuməti ilə ənənəvi dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da möhkəmləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.
Hörmətli Prezident, Sizi qardaşcasına bağrımıza basır, dost Azərbaycan xalqına sülh, inkişaf və firavanlıq arzularımızı çatdırırıq”.