Davos İqtisadi Forumunda Azərbaycana böyük maraq göstərilir – Məlahət İbrahimqızıbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasına səfəri mühüm önəm kəsb edir. Ölkəmiz Davos İqtisadi Forumunda hər zaman yüksək səviyyədə təmsil olunur. Burada keçirilən görüşlər, təşkil edilən panel müzakirələr hər bir tərəf üçün olduqca faydalıdır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, Azərbaycanın sosial-iqtisadi göstəriciləri, ölkəmizdə olan biznes mühiti, əldə edilən uğurlar və beynəlxalq platformada bu reallıqların təşviqi baxımından Davos İqtisadi Forumu olduqca vacib platforma hesab edilir: “Azərbaycan Prezidentinin Forum çərçivəsində keçirdiyi görüşlər, aparılan müzakirələr əlaqələrin daha da genişlənməsinə, müasir çağırışların daha geniş spektorda təbliğinə hesablanıb. Ölkəmizin başçısının yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsində toxunduğu məsələlər, vermiş olduğu mühüm mesajlar Azərbaycanın milli maraqlarının onun iqtisadi göstəricilərinin və qarşıya qoyulan hədəflərin xarakterini ehtiva etmiş olur. Cənab Prezident həmçinin Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşüb. Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına dair vacib müzakirələr aparılıb. Bununla yanaşı bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına dair konkret fikirlər ifadə edilib”.

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçslə ilə görüşündə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub: “Edqars Rinkeviçs dövlətimizin başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb. Latviya Prezidenti görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib. Ölkəmizin başçısı da öz növbəsində başsağlığına görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev  həmçinin Davosda qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb. Eyni zamanda cənab Prezident İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb və vacib müzakirələr aparılıb. COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. İraq Prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə edib”.

Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirdiyi görüşlər proqram baxımından sıx və zəngin olub: “Bu Azərbaycana və Onun Liderinə qlobal miqyasda olan marağın və diqqətin bariz nümunəsidir. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üçün yaratdığı imkanlar, regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulanıb və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Prezidenti İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşlərində də ikitərəfli münasibətlər, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Prezident İlham Əliyevin Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla, “Carlsberg Group” şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Azərbaycanın əldə etdiyi uğurlar, siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub”.