Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Gundem”-ə verilən məlumata görə, rayon sakini Arif Apoyev rayon ərazisindəki inzibati binalardan birinə daxil olaraq oradan dəyəri 1000 manat olan kompüter avadanlıqlarını oğurlayıb. Saxlanılan şəxsin əvvəl də anoloji cinayət törətməsi məlum olub.
Bundan başqa polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Əliyev də saxlanılıb. Ev sahibinin toyda olmasından istifadə edən İ.Əliyevin mənzildən 1500 manat oğurladığı məlum olub.
Şübhəli şəxslər istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir. “Unikal”ın əldə etdiyi məlumata görə, İlkin Əliyev öz dayısının evindən oğurluq edib. Belə ki, o dayısından pul istəyib, amma dayısını ona pul verməyib. Buna görə dayısı oğlunun toy günü onların evindən oğurluq edib.