“Dedi ki, oğlum olub, istəyirəm ki, kirvəsi olasan”backend

Əməkdar artist Röya Ayxan “Maşın” realiti- şousunda qonaq olub.

“Yeni Gundem” xəbər verir ki, məşhur müğənni proqrama oğlu Hüseynlə birgə gəlib.

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov Röya ilə bağlı xatirələrindən danışıb. O, sənətçinin kirvəlik təklifindən söhbət açıb:

“10 il bundan əvvəl mənə telefon zəngi gəldi. Röya idi! Dedi ki, Murad, səhər saatlarında səni narahat edirəm. Mən də cavab verdim ki, səsini eşitməyə şadam, buyur. Söylədi ki, oğlum olub, istəyirəm ki, kirvəsi sən olasan. Məsuliyyətim artdı. Hər gün görüşən kirvə deyiləm. Amma qarşımda istedadlı bir cavan oğlanı görürəm. İnstaqramda maraqlı şeylər paylaşır. Bir az xarici görünüşcə mənə oxşayır”.

Röya isə “Öz kirvəsi kimi ulduz olmaq istəyir”, – deyə bildirib.