Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı – FOTObackend

Dünən Tovuz rayonunda baş vermiş ağır qəzada ölən və yaralanan şəxslər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional idarəsinin əməkdaşları olub.

“Yeni Gundem” xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Qazax magistralının Tovuzdan keçən 439-cu kilometrliyində Rəşidov Aqşin Nəsib oğlunun idarə etdiyi “Mercedes-Benz E 270” markalı avtomobil agentliyin Ağstafa Regional idarəsində baş çavuş rütbəsində sürücü vəzifəsində xidmət edən Yaqubəliyev Elçin Abdı oğlunun idarə etdiyi “Mitsubishi L-200” markalı maşına arxa hissədən çırpılıb. Nəticədə baş çavuşun idarə e,tdiyi xidməti avtomobil idarəetmədən çıxaraq aşıb. E.Yaqubəliyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobilin sərnişini olan idarənin bölmə komandiri vəzifəsində xidmət edən gizir Kərimov Vüsal Rəhim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.