Demək istəyirsən ki, mənim kimi eybəcər efiri zəbt edib?”backend

“Bizim bəzi aparıcılarımız var ki, boyu var, model kimidirlər. Amma şarm yoxdur. Hər aparıcının şarmı olmalıdır. Bizim də yaraşıqlı bəylərimiz var, amma elə helə də qalıblar. Onlar elə nə etsələr də gündəmi zəbt edə bilmir, tamaşaçı onu sevə bilmir. Hər aparıcının bir özəlliyi olmalıdır”.

Bu sözləri aktrisa Zümrüd Qasımova “Elgizlə izlə” verilişində deyib. Sənətçi kişi aparıcılarından danışıb.

Aktrisa aparıcı Elgiz Əkbərin “Demək istəyirsiniz ki, bizim kimi eybəcərlər zəbt edib” sözlərinə “Yerli kanallarda daha çox gözəlliyə fikir verirlər. Amma xarici kanallarda 45-dən sonra daha təcrübəli olan aparıcılar var” reaksiyasını verib. 

Elgiz isə “Xəbərləri çirkin aparıcı çatdırmalıdır. Hamı niyə mənə baxır? Boy, buxun məndə. 1,80 boyum var. Gəlin siz də, mən də podiuma çıxaq” deyə, əlavə edib. (Axşam.az)