Deputat: “Azərbaycanda Heydər Əliyevin ideyaları və amalları həyata keçirilir”backend

“Bu gün qədiribilən Azərbaycan xalqı öz xilaskarı və əbədiyaşar lideri Heydər Əliyevin əziz xatirəsini yad edir və ona olan  ehtiramını bildirir. Ümummili lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından  21 il ötür. Amma Ulu Öndərin ideyaları, bu illər ərzində ölkənin   davamlı inkişafı ilə bağlı müəyyən etdiyi strategiya reallığa çevrilərək Azərbaycanı dünyanın güclü, qüdrətli, qalib  dövlətə və beynəlxalq aləmdə özünəməxsus nufuza malik bir ölkəyə çevrilib”.

Bunu  Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə, məhz Ulu öndərin qələbələrin əsasını qoyan  inkişaf strategiyası və bu strategiyanı uğurla həyata keçirə biləcək cənab Prezident İlham Əliyevi öz siyasi irsinin davamçısı müəyyən etməklə Azərbaycan inanılmaz  uğurlara, qələbələrə imza atdı: “Cənab Prezident İlham Əliyevin  həyata keçirdiyi uzaqgörən, hədəflərə xidmət edən  cəsarətli, qətiyyətli siaysəti nəticəsində müasir güclü Azərbaycanın memarı olan Ulu ondərin  bütün ideyaları və arzuları  reallaşdı. Ölkəmiz dünyada sayılıb-seçilən ölkə olmaqla yanaşı, son iki yüz ildən artıq tarixində ilk dəfə   işğala son verib ərazi bütövülüyü və suverenliyini təmin etməklə düşmən üzərində  tarixə qıızl hərflərlə yazılan möhtəşəm qələbəsini əldə etdi.  Bu gün Azərbaycan Ulu öndərin müəyyən etdiyi strategiyaya uyğun olaraq Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdə və yeni-yeni uğurlara imza atmaqdadır. Müasir Azərbaycanın memarı olan Ümummili lider  Heydər Əliyev 2003-cü ildə  siyasi kursunu uğurlu davamçısı kimi   Prezident İlham Əliyevi müəyyən edərkən Azərbaycan xalqına müraciət edərək bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, çox keçmədi ki, cənab Prezident  İlham Əliyev Azərbaycanın qarşısında duran bütün məsələləri həll edib, hədəflərinə nail oldu. Bu gün Azərbaycan dünyanın sayılıb-seçilən  ölkəsi olmaqla bərabər, dünya ölkələri ölkəmizlə hesablaşır. Bundan sonra da cənab Prezident İlham əliyev Azərbaycan Heydər Əliyev ideylarını və amallarını həyata keçirməklə  Azərbaycanı yeni-yeni uğurlara götürəcək”.