Deputat barədə protokol tərtib edildibackend

Milli Məclisin deputatı Rafailov Anatoliy Xaimoviç haqqında inzibati protokol tərtib edilib.

“Yeni Gundem” Nocomment.az-a istinadən xəbər verir ki, deputat haqqında İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İş Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun icraatındadır.