Deputat: “Beynəlxalq əlaqələrimiz gündən-günə möhkəmlənir, xalqın güzəranı yaxşılaşır”backend

“1918-ci il mayın 28-də Şərqdə ilk demokratik, hüquqi, dünyəvi dövləti və parlamentli respublikasını yaradan Azərbaycan xalqı özünün dövlətçilik ənənələri ilə fəxr etməkdə haqlıdır. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü 23 ay olmasına baxmayaraq, qısa bir dövrdə Azərbaycanda ilk parlamenti, hökuməti yaratmış, dövlət atributları təsis edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirmişdir”.

xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

“Milli müstəqilliyin və milli maraqların qorunmasını, möhkəmləndirilməsini, siyasi, iqtisadi və mədəni inkişafın təmin edilməsini, demokratik prinsiplərin tətbiq olunmasını, irqi, milli, dini, sinfi bərabərsizliyin aradan qaldırılmasını, ordunun gücləndirilməsini, beynəlxalq əlaqənin genişləndirilməsini əsas vəzifə kimi qarşıya qoyan Xalq Cümhuriyyəti istədiklərinə müəyyən qədər nail oldu. Xalqın milli mənlik şüurunun özünə qaytarılması, öz müqəddəratını təyin etməyə qadir olduğunu dünyaya göstərməsi Xalq Cümhuriyyətinin ən böyük uğuru idi. Dövlət quruculuğunun mühüm sahələrində, ədliyyə, xalq maarifi, mədəniyyət, seçki sisteminin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər əhəmiyyətli idi. Bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi qazandığı uğurlarla dünyanın diqqət mərkəzindədir. Ulu Öndərimiz Heydər Əliyevin düşünülmüş müdrik siyasəti və mətin iradəsi nəticəsində Azərbaycan öz dövlətçiliyini qoruyub saxlaya bildi və bu günümüzün möhkəm bünövrəsinin qoyulmasına nail oldu. 1990-cı illərin əvvələrində ölkədə hökm sürən anarxiya, qarşıdurmalar və torpaqlarımızın erməni təcavüzkarları tərəfindən işğalı Azərbaycanı parçalamaq, dövlətçiliyini itirmək təhlükəsi qarşısında qoyduğu bir vaxtda Heydər Əliyev xalqın və ölkənin köməyinə çatdı, özünün xilaskar missiyasını bacarıqla yerinə yetirdi. Ulu öndərimiz müstəqilliyi qorumağın məsuliyyətini, ağırlığını dərindən qiymətləndirir və bildirirdi ki, “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. Dahi rəhbər xatırladırdı ki, “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”. Bu əziz gündə Xalq Cümhuriyyəti banilərinin və ulu öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki dahilərimizin qoyduğu yolu, əməlləri, milli dəyərləri, demokratik prinsipləri Azərbaycan Prezidenti cənab İlham Əliyev yaşadır və ucaldır. Artıq torpaqlarımız işğaldan azad olunub, suverenliyimiz tam bərpa edilib. Erməni faşistlərinin ayağı Qarabağdan kəsilib. Ordumuz güclü, sərhədlərimiz möhkəmdir. Xalqımız birdir, sözümüz kəsərlidir. Ölkəmiz iqtisadi cəhətdən sürətlə inkişaf edir. Beynəlxalq əlaqələrimiz gündən-günə möhkəmlənir. Xalqın güzəranı yaxşılaşır. Qarabağ və Şərqi Zəngəzur torpaqları bərpa edilir, qurulur və abadlaşır, insanlar ata-baba yurdlarına qayıdırlar. Dünya Azərbaycanın uğurlarına, sülh, demokratiya, azadlıq, əməkdaşlıq çağırışlarına böyük önəm verir, dövlətimiz ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu sözsüz müstəqilliyimizin möhkəmliyi və gücümüzün tükənməzliyidir. Prezidentimizin dediyi kimi, “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!” Bu ifadələr hər birimizin qəlbini riqqətə gətirir və Azərbaycanın qüdrəti, uğurları ilə hər bir vətəndaşımız fəxr edir”, – deputat bildirib.