Gürcüstanın ən böyük müxalifət partiyası – Vahid Milli Hərəkatın (VMH) sədri Levan Xabeişvili Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqdə polis tərəfindən döyülüb.
Bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.
“VMH sədri Levan Xabeişvili döyülüb. Fotonu yayan şəxs ciddi xəsarətlər alıb”, – deyə materialda bildirilib.
Onun burnu sınıb, sağ gözü zədələnib, üzündə qan izləri görünür.
Xatırladaq ki, dünən gecə Tbilisidə kütləvi aksiya keçirilib. Polislərlə aksiyaçılar arasında qarşıdurmada azı üç polis əməkdaşı yaralanıb.
Oxu.az