“Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür”.
Bunu Milli Məclisin deputatı akademik Nizami Cəfərov Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin saytlardakı xətalarla bağlı keçirilən tədbirdə deyib.
“Harada “ki” gördülər, vəssalam, vergül qoyurlar. Yerli-yersiz harada və necə gəldi durğu işarələrindən istifadə etmək olmaz. Düşünürəm, durğu işarələrinin azaldılmasına ehtiyac var”, – akademik əlavə edib.