Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi.backend
“Yeni Gundem” xəbər verir ki, görüş zamanı vətəndaşlar öz problemlərini, təkliflərini və onları narahat edən müxtəlif məsələləri deputata çatdırdılar.
Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən sosial təminat, məşğulluq, su problemi və digər məsələlər ətrafında oldu. Deputat hər bir müraciəti diqqətlə dinlədi və nəzarətə götürüldü.
Millət vəkili Elnarə Akimova vətəndaşların müraciətlərini diqqətlə dinləyərək onların həlli istiqamətində müvafiq addımlar atacağını vurğuladı.
O, seçicilərin problemlərinin həllinə kömək etmək üçün davamlı olaraq çalışacağını qeyd etdi. Görüşün əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq və onların ehtiyaclarını daha dərindən anlamaq olub.