Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdibackend

Milli Məclisin deputatı Elnarə Akimova seçicilərlə görüş keçirdi.

“Yeni Gundem” xəbər verir ki, 7 fevral 2025-ci il tarixində 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirib. Seçicilərlə görüş zamanı vətəndaşlar öz problemlərini, qayğılarını və onları narahat edən müxtəlif məsələləri deputata çatdırıblar.

Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən təhsil, məşğulluq və hərbi məsələlərlə bağlı edilən təkliflər ətrafında olub. Deputat hər bir müraciəti diqqətlə dinləyib və nəzarətə götürüb. Qeyd edib ki, müraciətlərlə əlaqədar aidiyyəti üzrə müvafiq instansiyalara müraciət olunacaq.