Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdibackend

Milli Məclisin deputatı Elnarə Akimova seçicilərlə görüş keçirdi.

“Yeni Gundem” xəbər verir ki, 27 fevral 2025-ci il tarixində 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirib. Seçicilərlə görüş zamanı vətəndaşlar öz problemlərini, qayğılarını və onları narahat edən müxtəlif məsələləri deputata çatdırıblar.

Qeyd edək ki, deputat qəbula gələn vətəndaşların müraciətlərini dinləyib, onları narahat edən məsələlərlə tanış oldu. Müraciətlər hər zaman olduğu kimi, mənzil təminatı, məişət, məşğulluq və hərbi sahə ilə bağlı məsələlər ətrafında idi. Bir seçicim isə mədəniyyətlə bağlı maraqlı təkliflərlə gəlmişdi yanıma. Hər bir vətəndaşı diqqətlə dinlədim, bəzisi ilə bağlı müraciətimi yerində həll etməyə çalışdım. Digərlərinin həlli istiqamətində də imkanım və səlahiyyətim çərçivəsində müvafiq addımlar atacaq, lazımi qurum və instansiyalara müraciət edəcəyəm.