Deputat Fatma Yıldırım səs verdibackend

Deputat Fatma Yıldırım 29 yanvar 2025-ci il tarixində ölkəmizdə keçirilən bələdiyyə seçkilərində iştirak edib.

”Yeni Gundem” xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Əziz həmvətənlər!
Bugün ölkəmizdə keçirilən Bələdiyyə seçkilərində səsvermə prosesində iştirak edərək səs verdim. Eləcə də, Yeni Azərbaycan Partiyası tərəfindən müşahidəçi kimi bir neçə seçki məntəqəsində seçki prosesi ilə tanış oldum.
Seçicilər öz səsvermə hüquqlarından istifadə edərək vətəndaş mövqelərini aktiv şəkildə nümayiş etdirdilər və Bələdiyyə seçkiləri beynəlxalq normalara müvafiq keçirildi.