Deputat Fatma Yıldırım Yenigundem.az saytını TƏBRİK ETDİbackend

Milli Məclisin deputatı Fatma Yıldırım Yenigundem.az xəbər saytını 6 yaşı münasibətilə təbrik edib.

Deputat saytla bağlı ürək sözlərini bölüşərək qeyd etdi ki, Yenigundəm.az saytı demokratik, söz azadlığının təmin olunduğu cəmiyyətimizdə fəaliyyət göstərən media subyektlərindən biridir.

“Müstəqil Azərbaycan dövlətində söz və mətbuat azadlığı tam təmin olunub. Bunun nəticəsidir ki, ölkəmizdə yüzlərlə kütləvi informasiya vasitələri fəaliyyət göstərir.

Bu gün yaranmasının 6 illiyini qeyd edən bu sayt fəaliyyət göstərdiyi müddətdə müəyyən inkişaf dövrü keçib.

Mən 6 yaşını qeyd edən Yenigundəm.az saytının kollektivini təbrik edir, fəaliyyətlərində yeni – yeni uğurlar arzulayıram!”,- o bildirib.